“İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək” Dünya

“İranla sərhədin bağlanmasından yalnız Ermənistan ziyan çəkəcək”

"Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın İran-Ermənistan sərhədinin bağlanacağı ehtimalı haqqında dedikləri reallığı əks etdirmir".
Bunu Tehrandakı erməni kilsəsinin başçısı, arxiyepiskop Sepux Sarkisyan bildirib.
Onun sözləinə görə, son 28 ildə İran-Ermənistan sərhədi heç bir şərt irəli sürülmədən açıq olub.
Arxiyepiskop vurğulayıb ki, əgər sərhəd bağlansa, bundan yalnız Ermənistan ziyan çəkəcək: "İran güclü dövlətdir. O bütün təzyiqlərə müqavimət göstərəcək. Tehranla münasibətlərin korlanmasından yalnız Ermənistan əziyyət çəkəcək".
Qeyd edək ki, aşinyan bu ilin noyabrın 1-də parlamentdəki çıxışı zamanı ABŞ-ın Tehrana münasibətinə və başqa geopolitik problemlərə toxunub. O deyib ki, yaranmış vəziyyətə görə Ermənstan-İran sərhədi istənilən vaxt de-fakto bağlana bilər.