Rus səfir İrəvanı qarışdırır: Hakimlə görüşdü, zəmanət verdi Dünya

Rus səfir İrəvanı qarışdırır: Hakimlə görüşdü, zəmanət verdi

Rusiyanın Ermənistandakı səfiri Ermənistan Konstitusiya Məhkəməsinin rəhbərinə Köçəryanı müdafiə etmək qarşılığında zəmanət verib.
Bu məlumatı Teleqram sosial şəbəkəsində “Baqramyan 26” kanalı paylaşıb.
“Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistanın Kontitusiya Məhkəsinin rəhbəri Qrayr Tovmasyanla görüşüb. Tovmasyan Serj Sərkisyanın təyin etdiyi adamdır. Öz karyerasında irəliləməsinə görə o, Serj Sərkisyana borcludur. Səfir Köçəryanla görüşdən sonra Tovmasyanla görüşür, halbuki məhz Köçəryanla görüşə görə onu Ermənistan Xarici İşlər Nazirliyinə çağırıb, ölkənin daxili işlərinə müdaxilə etməməsi istənilmişdi.
Kopırkinlə görüşə qədər isə Tovmasyan Qarabağda olub. Burada onunla eyni zamanda Serj Sərkisyanda olub və o, Tovmasyana gələcək fəaliyyəti ilə bağlı məsləhət verib.
Aydındır ki, səfirlə Tovmasyanın görüşündə Rusiya-Ermənistan əməkdaşlığı müzakirə edilməyib. Səfir sadəcə Robert Köçəryanın ittiham olunduğu 1 mart işinin gələcəyi ilə bağlı maraqlanıb. İş artıq Konstitusiya Məhkəməsinə göndərilib. Burada Köçəryana qarşı cinayət işinin davam etdirilib-etdirilməməsinə qərar verilməlidir. Yəqin ki, səfir Tovmasyana Rusiya tərəfinin Köçəryan işi ilə bağlı arzularını çatdırıb və Konstitusiya Məhkəməsinin hakiminə Moskvanın ona kömək və dəstək verəcəyi ilə bağlı zəmanət verib. Səfir Kopırkin çox təhlükəli oyuna daxil olub və əvvəl yazdığımız kimi, Rusiyanın Belarusdakı eks-səfiri Babiçin taleyini təkrarlaya bilər”, - məqalədə bildirilib.