ABŞ-dan Ukraynaya NATO dəstəyi: Hazırıq... Dünya

ABŞ-dan Ukraynaya NATO dəstəyi: Hazırıq...

Ukrayna NATO üzvlüyünə iddia edə bilər.
Bunu “Ukrainskaya Pravda” saytına müsahibəsində ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Uilyam Teylor deyib.
“Bizim tərəfimizdən dəstəyə gəlincə, mənim cavabım sadədir. ABŞ hesab edir ki, Ukrayna NATO üzvlüyünə iddia edə bilər və biz Kiyevin üzvlük haqqında müraciətini dəstəkləməyə hazırıq. Ukrayna bu addımı atmağa hazırlaşdığı vaxtdan ABŞ ona ordusunu yeniləməkdə və gücləndirməkdə yardım edir”, – deyə o bildirib.