Sanksiyalar Rusiyanı iflic edir Dünya

Sanksiyalar Rusiyanı iflic edir

Putin vəziyyətdən çıxmaq üçün müttəfiqlərindən kömək istəyib

Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayev arasında telefon danışığı olub.
Telefon danışığında ABŞ və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar barədə müzakirələr aparılıb. Kremldən verilən açıqlamada telefon danışığında Avrasiya İttifaqının gələcək inkişafının da müzakirə olunduğu deyilir.
Ekspertlərin fikrincə, Putin bu zənglə Rusiyanın embarqo tətbiq etdiyi məhsullara Belarusiya və Qazaxıstanın da qoşulmasını istəyib. Bu isə Aİ-yə üzv ölkələri çətin duruma salıb.
ABŞ maliyyə nazirinin müavini Devid Koen isə bildirib ki, Rusiya və İran arasında razılaşdırılan neft sövdələşməsinə qarşı yeni sanksiyala tətbiq edilə bilər.
Bundan əvvəl İran və Rusiya hökumətlərarası qarşılıqlı anlaşma barədə qətnamə imzalanıb.
"İran tərəfinin təklifinə görə Rusiyada da daxil olmaqla xam neftin çatdırılmasında iştrak edə bilərik. Lakin daşınmanın həcmi yalnız bazar ehtiyaclarına uyğun müəyyən ediləcək" - deyə RF Energetika Naziri Aleksandr Novak bildirib.
Qeyd edək ki, İranla Ermənistan arasında dəmir yolu xətti inşa edilərsə xam neftin daşınmasında Ermənistan da iştrak edə bilər.
Rusiyanın ərzaq idxalına qoyduğu qadağan Avropa Birliyinin ixracının 10 faizinə aiddir. Birliyinin statistika idarəsi olan Eurostat bildirir ki, Rusiya bazarındakı ərzağın 10 faizi Avropa Birliyindən gəlir. Bu da ildə 12 milyard avro və ya 16 milyard dollardır.
Avropa Birliyi ölkələri arasında Rusiyaya ən çox ərzaq göndərən Almaniya və Hollandiyadır.
Avropa Birliyindən kənarda Rusiyaya ən çox ərzaq ixrac edən Btraziliyadır. ABŞ isə Rusiyaya öz istehsal etdiyi ərzağın cəmi 1 faizini göndərir. Rusiyanın ərzaq embarqosu ABŞ-a 1 milyard dollardan az ziyan vura bilər. ABŞ hər il Rusiyaya 310 milyon dollarlıq toyuq əti, 172 milyon dollarlıq qoz-fındıq, 157 milyon dollarlıq soya və 149 milyon dollarlıq mal əti göndərir. Avropa Birliyi ən çox tərəvəzdə itirəcək. Birlik hər il Rusiyaya 770 milyon avroluq tərəvəz göndərir.
Avropa Birliyinin Rusiyaya şərab və spirtli içkilər ixracı ildə 1 milyard 500 milyon avrodur.
Rusiyanın baş naziri Dmitri Medvedev sanksiya tətbiq edən Amerika, Avropa və digər Qərb ölkələrindən ət, meyvə, tərəvəz, balıq, süd və digər süd məmulatların idxalının qadağan edildiyini açıqlayıb.
Nəzərə çatdıraq ki, Rusiya qida istehlakının az qala yarısını kənardan təmin edir. Ölkə yüksək nisbətdə taxıl məhsulları ixrac etsə də, yuxarıda adıçəkilən məhsullarla bağlı xarici asılılığı davam edir. Rusiya tərəvəz ehtiyacının 65 faizini, pendir ehtiyacının yarısını, ət ehtiyacının isə 26 faizini idxal hesabına qarşılayır.
Baş nazir Dmitri Medvedev tərəfindən edilən şərhdə bildirilir ki, qadağa bir il davam edəcək və Kanada, Avstraliya, Norveç kimi ölkələrə bu şamil edilməyəcək.
Analitiklərə görə, bu vəziyyət qida sektorunda xaricdən asılı olan Rusiya üçün müsbət nəticələr vəd etmir. Onu da bildirək ki, söhbət 9,1 milyard dollarlıq idxaldan gedir.
Qərbin və Rusiyanın bir-birlərinə tətbiq etdikləri iqtisadi sanksiyalar Moskva zooparkının işinə də təsir edəcək.