Saakaşviliyə növbəti ittiham irəli sürülüb Dünya

Saakaşviliyə növbəti ittiham irəli sürülüb

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşviliyə qarşı növbəti ittiham itəli sürülüb.
APA-nın "Qruziya online" saytına istinadən verdiyi məlumata görə, Gürcüstan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyi iddia olunur.
Bildirilir ki, M. Saakaşvilinin tapşırığı ilə Gürcüstanın Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən 8,8 milyon lari dövlət vəsaiti aşpazlara, massajçılara, xarici qonaqların qaldığı otellərə, İtaliyada yaxta icarəsinə və digər yerlərə xərclənilib.
Təqsirli bilindiyi halda M. Saakaşvilinin 7-11 il müddətinə həbs cəzasına məhkum edilməsi gözlənilir. Hazırda o, ölkədə yoxdur.