NATO yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir Dünya

NATO yüksək döyüş hazırlığı vəziyyətinə gətirilir

Rusiya təhlükəsilə əlaqədar fəaliyyət planı qəbul olunub

NATO-nun Uelsdə keçirilən sammitində alyansın döyüş hazırlığının yüksəldilməsinə dair fəaliyyət planı qəbul olunub.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen deyib.
Onun sözlərinə görə, NATO qərargahı Polşada olacaq çevik qüvvələri və Şərqi Avropada öncül dəstələri yaratmaq qərarına gəlib: "Bununla yanaşı, alyans Şərqi Avropadakı mövcudluğunu rotasiya sistemi ilə təmin edəcək".
Rasmussen əlavə edib ki, NATO tezliklə müntəzəm xarakterli qəfil təlimlərə başlayacaq.
Alyansın baş katibi Rusiya - NATO münasibətlərinə də toxunub. O qeyd edib ki, 1997-ci ildə imzalanmış saziş qüvvəsində qalır: "Onun icrasına davam edirik. Lakin Rusiya bu sazişin prinsiplərini kobud şəkildə pozub".