“Rəqəmsal bacarıqlar artıq zərurətdir”
14 May 20:12
14 May 20:12
14 May 20:11
31 Mart 2020 12:22
1 365
Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Marneuli rayonunda 88 min nəfər koronavirusla bağlı tibbi yoxlanışdan keçirilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə rayonun meri Zaur Darğallı jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda rayonda vəziyyət stabildir və ərzaq tədarükü sahəsində problem mövcud deyil.
"Bu vaxta qədər 88 min nəfərin müayinəsi həyata keçirilib. Yoxlanılan şəxslərdən 15 nəfəri xəstəxanalarda laboratoriyaya göndərilmiş analizlərin cavabını gözləyirlər. Marneulinin kəndlərində hazırda vəziyyət stabildir. Hazırda rayonun ərzaq tədarükü problemsiz şəkildə davam edir. Əhalinin maarifləndirilməsi istiqamətində Azərbaycan, erməni və gürcü dillərində broşürlar paylanılır. Banklarda izdiham var, lakin Daxili İşlər Nazirliyinin əməkdaşları da ərazidədir və insanlar arasında tövsiyə edilən məsafənin qorunmasına diqqət edirlər", - deyə Z, Darğallı bildirib.
14 May 21:43
959
14 May 21:42
952
14 May 20:49
1 015