İtaliyada son sutkada koronavirusdan 727 nəfər ölübDünya
1 Aprel 2020 20:44
2 415
İtaliyada son sutkada yeni tip koronavirusdan (COVID-19) 727 nəfər ölüb, 4782 nəfərdə isə yeni yoluxma qeydə alınıb.
Bu barədə İtaliya Mülki Müdafiə Departamenti məlumat yayıb.
Ölkədə koronavirusa yoluxanların ümumi sayı 110 mini ötüb, virusdan ölənlərin sayı isə 13155-ə çatıb.