ABŞ Aİ-dən idxal edilən avtomobillərə tətbiq edilən rüsumları 25%-ə qədər artıracaq
Ağdamda ağır yol qəzası baş verib, 2 nəfər ölüb, 4 nəfər yaralanıb
TÜRKPA Azərbaycanın Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq qərarını dəstəkləyir
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
15 Aprel 2020 12:43
1 288
ABŞ Müdafiə Nazirliyinin Baş qərargah rəisi, general Mark Milley Amerika kəşfiyyatının iki il əvvəl Çinin Uhan şəhərindəki bir laboratoriyada koronavirusun yetişdirilməsindən xəbərdar olmasına dair yayılan iddianı cavablandırıb.
O, dünya mediasında yayılan bu məlumatın həqiqəti əks etdirmədiyini deyib.
“İndiki mərhələdə bu iddia həqiqəti əks etdirmir. Virusun təbii yolla yayıldığı göz önündədir”, - general bildirib.
ABŞ-ın müdafiə naziri Mark Esper isə koronavirus pandemiyasının laboratoriya şəraitində yetişdirilməsinə dair olan iddia haqda bunları deyib: “Media və sosial şəbəkələrdə çox sayda şayiə və spekulyasiyalar var. Kəşfiyyat bu məlumatları ciddi şəkildə incələyib. Bu, inandırıcı deyil, amma yenə də əmin olmamalıyıq”.