20 Aprel 2020 11:18
1 253
Gürcüstanda yeni növ koronavirusa (COVid-19) yoluxanların sayı 399 nəfərə çatıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bildirilib ki, ölkə üzrə karantində 4782 nəfər saxlanılır, stasionar müalicədə isə 503 nəfər var. Virusa yoluxmuş şəxslərdən 93-ü sağalıb, 4 nəfər isə vəfat edib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.
12:05
2 016
29 May 14:34
1 897
29 May 11:35
1 715