WUF13 Təcrübə Mərkəzində əsas diqqət praktiki mənzil həllərinə yönəldiləcək
İran saxlanılan tankerlerin pozuntularına dair sənədləri ABŞ-a göndərdiyini bildirir
Hadrut və Tuğda yenidənqurma işləri ilə bağlı iclas keçirilib, tapşırıqlar verilib
WUF13-lə bağlı müvəqqəti xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
Emal edilməmiş almazın idxalı, ixracı və izlənməsiylə bağlı dövlət nəzarəti mexanizmi yaradılır
22 Aprel 2020 14:27
1 582
ABŞ-da koronavirus infeksiyasını ev şəraitində müəyyənləşdirmək üçün testlərin keçirilməsinə lisenziya verilib. Trend-in məlumatına görə, lisenziyanı ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin Ərzaq və Dərman preparatlarının Keyfiyyətinə Nəzarət Xidməti verib. Qeyd olunur ki, özünün koronavirusa yoluxmasından şübhələnən şəxs evi tərk etmədən test keçirə bilər. Daha sonra nəticələr germetik qablaşdırmada müvafiq laboratoriyaya göndərilir. Test sisteminə burundan nümunə götürmək tampon və duz məhlulu daxildir. Lisenziyanı alan “LabCorp” şirkəti yaxın zamanlarda bir çox ştatda test sistemlərini tədarük edəcək.