

Azərbaycan və İran nəqliyyat sahəsində birgə fəaliyyətlə bağlı fikir mübadiləsi aparıb
Azərbaycan Prezidenti: Qarabağ XXI əsrin dayanıqlı inkişaf məkanı kimi formalaşır
Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb
Rusiyada Xodorkovskiyə terror təşkilatı yaratmaq ittihamı ilə cinayət işi açılıb
İdris İsayev: Məktəbəqədər təhsilin əhatə dairəsi hədəflənən səviyyəyə tam çatılmayıb
Rusiyanın Leninqrad vilayətinin Vıborq şəhərində fərdi evdə baş vermiş yanğın zamanı iki nəfər böyük və altı uşaq ölüb.
Bu barədə Vıborq rayonunun Vahid növbətçi-dispetçer xidmətindən məlumat verilib.
“İki böyük və bir aydan səkkiz yaşa qədər altı uşaq yanğın nəticəsində ölüb”, - deyə məlumatda qeyd olunub.
Bildirilir ki, hadisə zamanı 1940-cı ildə tikilmiş birmərtəbəli taxta fərdi ev yanıb. Fövqəladə Hallar Nazirliyi yanğının 120 kv/m sahəni əhatə etdiyini qeyd edib. Əraziyə üç yanğınsöndürən texnika və 12 nəfər canlı heyət cəlb olunub və yanğın söndürülüb.
Yanğının səbəblərini müəyyən etmək üçün hadisə yerində araşdırma aparılır.