Rusiyada son sutkada 10 899 nəfər koronavirusa yoluxub, 107 nəfər ölüb Dünya

Rusiyada son sutkada 10 899 nəfər koronavirusa yoluxub, 107 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 10 899 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVİD-19-a yoluxanların sayı 232 243 nəfərə çatıb.
Son sutka ərzində 107 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı isə 2116 nəfərə çatıb.
Koronavirusdan sağalanların sayı 43 512 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünya ölkələri sırasında İspaniyanı qabaqlayaraq ikinci yerə yüksəlib.