Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib, gizlədilən silah tapılıb
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutu yaradılıb
Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib - FOTO
24 May 2020 19:34
2 555
Ötən sutka ərzində İspaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 70 nəfər həyatını itirib.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bununla da İspaniyada koronavirusdan həyatını itirənlərin sayı 28 min 752 nəfərə çatıb.
Son 24 saatda 246 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 235 min 772 nəfərə çatıb.
İspaniya hazırda koronavirusa yoluxma nəticəsində ölənlərin sayına görə ABŞ, Böyük Britaniya və İtaliyadan sonra dünyada dördüncü, koronavirusa yoluxanların sayına görə isə ABŞ, Braziliya, Rusiya və Böyük Britaniyadan sonra beşinci sırada qərarlaşıb.