Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini ötüb Dünya

Rusiyada koronavirusdan ölənlərin sayı 7 mini ötüb

Rusiyada son sutka ərzində daha 8 246 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 537 210 nəfərə çatıb. Son sutka ərzində 143 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 7 091 nəfərə çatıb. Xəstəlikdən sağalanların sayı 284 539 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra üçüncü yerdə gəlir.