Ermənistandan siyasi iradə gözləyirik - Bayramov
5 Dekabr 19:46
5 Dekabr 19:46
5 Dekabr 14:13
5 Dekabr 12:57
4 Dekabr 23:28
İranda indiyәdәk 201 330 nәfәr koronavirusdan (COVID19) sağalıb.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, ötәn sutka әrzindә İranda daha 163 nәfәr koronavirusdan ölüb. Belәliklә İranda bu virusdan ölәnlәrin sayı 11 571 nәfәrә yüksәlib.
Sadat Lari әlavә edib ki, İranda ötәn 24 saat әrzindә daha 2 560 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 240 438 nәfәrә çatıb. Virus daşıyıcılarından 3 168 nәfәrin vәziyyәti ağırdır.
Sadat Lari bildirib ki, Xuzistan, Qәrbi Azәrbaycan, Şәrqi Azәrbaycan, Kürdüstan, Kirmanşah, Hörmüzqan, Buşehr, Rәzәvi Xorasanı vә İlam vilayәtlәrindә vәziyyәt ağırdır.
İranda indiyәdәk 1,79 milyondan çox diaqnoz testi hәyata keçirilib.