8 Sentyabr 19:09
8 Sentyabr 15:01
23 İyul 2020 11:02
2 205
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 12 yoluxma halı qeydə alınıb.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 085 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirusla əlaqədar 5 724 nəfər karantində saxlanılır, 247 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Virusa yoluxanlardan 907 nəfərin sağaldığı, 16 nəfərin isə vəfat etdiyi bildirilir.