Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
ABŞ Birinci Süvari Diviziyasının hissələrini Polşaya köçürür
Prezident İlham Əliyev Keniya Prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib
23 İyul 2020 17:18
2 821
İyulun 22-də ABŞ-da koronavirusa 71 min 967 yoluxma halı qeydə alınıb, 1205 nəfər isə COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Virusa yoluxanların sayı 4 milyonu, ölənlərin sayı isə 146 mini ötüb.
AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, ABŞ-da həm yoluxma, həm də ölüm hallarında bir gün əvvələ nisbətən artım olub. İyulun 21-də ölkədə koronavirusa yoluxanların sayı 67 min 479 nəfər, ölənlərin sayı isə 1165 nəfər idi.
Saytın Bakı vaxtı ilə bu gün saat 16:30-a olan məlumatına əsasən, COVID-19 pandemiyasının başlanğıcından bəri ABŞ-da 4 milyon 101 min nəfər yeni koronavirusa yoluxub, onlardan 146 min 192 nəfəri vəfat edib, 1 milyon 943 mindən çox xəstə isə sağalıb. Müalicəsi davam edən 2 milyon 11 min 613 xəstədən 19 min 179 nəfərin vəziyyəti ağır qiymətləndirilir. Ölkədə COVID-19 infeksiyasından sağalanlara nisbətdə ölənlərin sayı 7 faizdir.
Hazırda dünya üzrə COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının təxminən dörddəbiri Birləşmiş Ştatların payına düşür.