Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar Dünya

Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar

Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından Trend-ə verilən məlumata görə, "Türk Hava Yolları" şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:

"Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyta keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Civid-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirir və "Türk Hava Yolları" şirkətinə öz dərin təşəkkürünü bildirir".