Yaponiyada avqustda istivurmadan azı 26 nəfər ölüb Dünya

Yaponiyada avqustda istivurmadan azı 26 nəfər ölüb

Yaponiyada avqust ərzində istivurmadan azı 26 nəfər həyatını itirib.

Onlardan təkcə 14 nəfəri 11-12 avqust tarixlərində Tokioda ölüb.

Bu müddət ərzində zərər çəkənlərin sayı 6,6 min nəfər olub. Qeyd olunur ki, istivurmadan ölənlərin böyük əksəriyyəti 80 yaşdan yuxarı şəxslər olub.

Sinoptiklərin məlumatına görə, bu həftə yayın ən isti həftəsi olub. Bəzi rayonlarda temperatur 40,1 dərəcəyədək çatıb.

Qeyd edək ki, ötən il Yaponiyada istivurmadan 126 nəfər vəfat etmiş, 70 mindən çox şəxs zərər çəkmişdi.