WUF13: Yerli və regional hökumətlərin Ümumdünya Assambleyası keçirilir
WUF13 çərçivəsində Xidmət Təchizatçıları Maraqlı Tərəflər Qrupunun açılış iclası başladı
Bakıda intensiv yağışların nəticələri aradan qaldırılır - FOTOLENT
Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
7 Sentyabr 2020 13:44
4 116
“Müasir dünya qəddar kişi siyasətindən bezib, artıq qadın liderlərin xüsusi rol oynayacağı “yumşaq güc dövrü” gəlib çatır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Metviyenko “Rusiyanın liderləri” müsabiqəsinin super finalında çıxışı zamanı bildirib.
“Əminəm ki, dünya qəddar kişi siyasətindən yorulub. İnanıram ki, indi güzəştə getməyə və diplomatiyaya daha çox meyl göstərən qadınların xüsusi rol oynayacağı yumşaq güc dövrü gəlir", - deyə Rusiya parlamentinin yuxarı palatasının sədri vurğulayıb.
V. Matviyenko rəhbər qadınlara qadınlığını qoruyub saxlamağı da tövsiyə edib.
"Stilə gəlincə, heç kimə uyğunlaşmağa ehtiyac yoxdur, hər zaman özünüzlə qalmalısınız, öz gücünüzə güvənməlisiniz. Kişilərin üslubunu mənimsəyən bəzi qadınlar qadınlıqlarını itirməyə, kişi kimi geyinməyə başlayırlar. Mənə elə gəlir ki, onlar özlərini itirirlər. Lazım deyil. Gəlin, qadın kimi qalaq, gözəl olaq, incə olaq. Bundan utanmaq lazım deyil”, – deyə siyasi karyerası boyu bir çox yüksək vəzifələrdə çalışan V. Matviyenko söyləyib.
11:27
812
11:24
1 596
16 May 11:14
1 603