İrəvanda insan haqlarının müdafiəsi mitinqi keçirilib Dünya

İrəvanda insan haqlarının müdafiəsi mitinqi keçirilib

İrəvanın Azadlıq meydanında Beynəlxalq insan haqları müdafiə gününə həsr olunan mitinq keçirilir. Ermənistan KİV-i xəbər verir ki, Erməni Milli Konqresinin təşkil etdiyi aksiyaya "Çiçəklənən Ermənistan" və "İrs" partiyaları da qoşulublar. Adları çəkilən siyasi təşkilatların liderləri də mitinqdə iştirak edəcəklər. Hazırda meydana yalnız "İrs" partiyasının lideri Raffi Ovanisyan gəlib.
Dünən eyni zamanda Ermənistan parlamentinin insan hüquqları və ictimai məsələlər üzrə komitəsinin iclasında çıxış edən müxalifətçi deputat Aleksandr Arzumayan siyasi məhbus problemindən danışıb. Keçmiş xarici işlər naziri, hazırda Erməni Ümummilli Hərəkatının üzvü olan Aleksandr Arzumanyan XXI əsrdə ölkəsində siyasi məhbusun olmasını utancverici hesab edib: "XXI əsrdə siyasi məhbus olması utancvericidir. Hazırda Ermənistanda 15 siyasi məhbus var. Sonuncu məhbus azad olunmayanba qədər biz bu məsələdə irəliləyişdən danışa bilmərik".
O, sonda Ermənistan Baş Prokurorluğunu komissiyanın şikayət ərizələrinə baxmamaqda ittiham edib.