Nazarbayev Ermənistanla bağlı sazişi təsdiqləyib Dünya

Nazarbayev Ermənistanla bağlı sazişi təsdiqləyib

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.
APA-nın xəbərinə görə, bu barədə məlumat Qazaxıstan prezidenti administrasiyasının rəsmi saytında yer alıb.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında saziş 2014-cü ilin mayın 29-da Rusiya, Belarus və Qazaxıstan tərəfindən imzalanıb. Saziş 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minir.