2 Mart 2021 10:48
4 396
Tbilisidə parlament binasının girişlərində piket keçirən nümayişçilərlə polis arasında fiziki qarşıdurma olub.
APA-nın yerli bürosunun xəbərinə görə, insidentlə əlaqədar polisin qanuni tələbinə məhəl qoymama maddəsi ilə 7 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, bu gün səhər saatlarında müxalif partiyaların tərəfdarları parlament binasının girişlərində həbsdə olan siyasi liderlərin azad edilməsi, növbədənkənar parlament seçkilərinin keçirilməsi və seçki islahatlarının aparılması tələbi ilə piket keçirib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA