ABŞ və Britaniya səfirlikləri təyyarə qəzasının ildönümü ilə bağlı Azərbaycana başsağlığı verib
2031–2035-ci illərdə rəsmi statistikanın inkişafına dair dövlət proqramının layihəsi hazırlanacaq
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulub
AYNA: Avtobuslar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək
10 Mart 2021 18:25
2 940
Ermənistan baş naziri Nikol Paşinyanın baş qərargah rəisi Onik Qasparyanın yerinə Artak Davtyanın namizədliyini təklif etməsi ölkə gündəmini dəyişdirib.
Erməni saytları ötən ilin yayında sərt karantin zamanı oğluna toy etməsi səbəbindən işdən uzaqlaşdırılan Davtyanın yenidən yüksək posta gətirilməsini birmənalı qarşılamayıblar. Jurnalistlərdən biri Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin keçmiş rəisi Movses Akopyandan son hadisələrlə bağlı açıqlama alıb.
Akopyan Davtyanın baş qərargah rəisi təyin edilməsi ilə bağlı olan təklifi müsbət qarşılamayıb. "Mənim bu məsələyə münasibətim mənfidir. Ona ordunu məhv etmək tapşırılmışdı, uğursuz oldu. İndi isə ordunu sona kimi məhv etmək tapşırılır".
O həmçinin jurnalistin "hadisələrin inkişafını necə proqnozlaşdırırsınız, toqquşmalar olacaqmı?" sualına "Dövlətin məhv olacağını proqnozlaşdırıram" deyərək cavab verib.
Akopyan prezidentin Artak Davtyanın baş qərargah rəisi təyin edilməsi haqqında sərəncam imzalayacağı təqdirdə Paşinyanla həmrəyliyi bəlli olacağına dair suala isə belə cavab verib. "Prezident institutunun qadın institutundan fərqi yoxdur, heç bir rol oynamır".