“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Ayxan Hacızadə Fransanın Azərbaycana səyahət xəbərdarlığını qətiyyətlə pisləyib
Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır
Türkiyə və İtaliya şirkətləri yeni zirehli texnikanın sınaqlarını başa çatdırıb
12 azərbaycanlı uşaq türk adlarına görə doğum haqqında şəhadətnaməsiz qalıb
31 Mart 2021 15:20
3 185
Ermənistanın yüksək texnologiyalar naziri Akop Arşakyan istefa verib.
APA “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə nazir özünün Facebook səhifəsində yazıb. O, nazirlikdə sonuncu iş günü olduğunu qeyd edib: “Ermənistan vətəndaşı kimi bir məmurun vətəndaşa qarşı güc tətbiq etməsini qəbuledilməz hesab edirəm”.
Nazirin mətbuat katibi isə məlumatı təsdiqləməyib, Arşakyanın fəaliyyətini davam etdirdiyini deyib.
Qeyd edək ki, bir neçə gün öncə Akop Arşakyan ona iş vaxtında nə üçün kafedə olduğunu soruşan jurnalist Paylak Fərhadyana hücum edib. Nazir daha sonra bu hərəkətinə görə jurnalistdən və kafenin işçilərindən üzr istəyib.