15 Aprel 2021 09:35
2 107
İraq Kürdüstanındakı Erbil hava limanı yaxınlığında pilotsuz uçuş aparatı partlayıcı endirib.
Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi İraqın tərkibində Kürdüstan muxtar rayon hakimiyyətinə istinadən bildirib.
Məlumata əsasən, həmin ərazidə ABŞ Silahlı Qüvvələri tərəfindən istifadə olunan baza yerləşir.
Bildirilib ki, İraq Kürdüstan hakimiyyəti hücumun hədəfinin ABŞ ordusu olduğunu hesab edib. Hadisə nəticəsində heç kimin xəsarət almadığı qeyd edilib.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA