Rusiyada hər 5-ci jurnalist işsiz qala bilər Dünya

Rusiyada hər 5-ci jurnalist işsiz qala bilər

Rusiya İqtisadi İnkişaf Nazirliyinin apardığı monitorinqin nəticələrinə görə KİV sahəsində çalışan 60 min nəfər ixtisara düşə bilər. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, əmək bazarında aparılan monitorinq elektron və çap KİV-də hazırda 500 min nəfərin çalışdığını müəyyən edib. Yaxın vaxtlarda onların 15-20 faizinin işsiz qalacağı, bəzilərinə isə Rusiya hökuməti ixtisasdəyişmə kurslarına yazılmağı təklif edəcək.
Qeyd edək ki, bundan əvvəl dövlət agentliyi olan TASS işçilərinin 25 faizini ixtisara salıb. Bundan əlavə, agentlikdə qalıb çalışan işçilərin maaş da 20 faiz azaldılıb.