ABŞ-ın üzqarası Dünya

ABŞ-ın üzqarası

Con Kerri son 50 ilin ən pis dövlət katibi hesab edildi

ABŞ dövlət katibi Con Kerri son əlli il ərzində bu postu tutan ən pis dövlət xadimi hesab edilib. Bu nəticə "Foreign Policy" jurnalının beynəlxalq münasibətlər sahəsində 1615 Amerika alimi arasında apardığı rəy sorğusundan sonra əldə olunub. Bu barədə "İnterfaks" agentliyi xəbər verir.
Sorğuda iştirak edənlər hesab edirlər ki, ABŞ-ın xarici siyasətini 1973-1977-ci illərdə bu postu tutan Henri Kissincer daha səmərəli yürüdüb. O, səslərin 32,2, Kerri isə 0,3 faizini toplayıb.
İkinci yerdə Ceyms Beyker, daha sonra Madlen Olbrayt və Hillari Klinton gəlirlər.
Ekspertlər iqlim dəyişikliklərini, yaxın Şərqdəki silahlı münaqişələri və müflisləşən dövlətləri ABŞ xarici siyasətinin ən mühüm problemləri adlandırıblar.
Həmçinin sorğu nəticəsində məlum olub ki, beynəlxalq münasibətlərin öyrənilməsi üçün ABŞ-ın ən effektiv universiteti Harvarddır (46,20 faiz), onun ardınca Priston (39,14 faiz) və Stenford (33,02 faiz) gəlir.
Mütəxəssislərin fikrincə, bu zaman həmin sahədə ən yaxşı magistraturanı Corctaun (58,61 faiz) və Con Hopkins universitetləri təklif edir. Bir sorğu çərçivəsində hər kəsin bir neçə təhsil müəssisəsinin adını çəkməsi mümkün olduğundan rəyi soruşulanların səslərinin həcmi 100 faizdən artıq təşkil edib.