Ərdoğandan siqaret çəkənlərə çağırış Dünya

Ərdoğandan siqaret çəkənlərə çağırış

Elm xadimləri, ziyalılar, partiya sədrləri, hətta dövlət başçıları da sosial şəbəkələrdə onları düşündürən fikirləri şəbəkədəki dostlarıyla bölüşür, mesajlar verir və gördükləri işlərlə bağlı paylaşımlar edirlər. Bu çox təqdir olunan məsələdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkə saytı twitterdə öz adından ilk mesajını yazıb. ANS PRESS-in məlumatına görə, Ərdoğan yazdığı mesajda, 9 fevral "Ümumdünya siqareti tərgitmə günü" münasibəti ilə bu istiqamətdə çağırış edib. Ölkə prezidenti twitini, "siqareteteslimolma" haştaqı ilə paylaşıb. Türkiyə prezidenti yazıb:"Siqaret həm çəkən şəxsin, həmdə çəkildiyi mühitdəki digər fərdlərin səhhətini təhdid edən hiyləgər bir zəhərdir. Hər il dünyada 6 milyon insan siqaret çəkməkdən, 600 000 insan isə siqaret çəkmədiyi halda yayılan tüstüsünə görə dünyasını dəyişir. Sağlam nəsillər üçün, ölkəmizin aydınlıq gələcəyi üçün başda siqaret olmaqla bütün ziyanlı vərdişlərimizi həyatımızdan çıxaraq. 9 fevral, Dünya Siqareti Tərgitmək Günüdür. Bu zəhərə qarşı sən də iradənə sahib ol və #siqareteteslimolma. RTE".
Xatırladaq ki, daha əvvəl prezdentin adına açılmış twitter səhifsində paylaşımlar olsa da bunu onun adına mətbuat xidməti və s. şəxslər edirdi. Bu isə Rəcəb Tayyib Ərdoğanın öz imzası (RTE) ilə paylaşdığı ilk twit olub.
Yeri gəlmişkən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın twitter sosial şəbəkəsində siqareti tərgitmək istiqamətində öz imzası ilə çağırışı digər siyasi partiya sədrinin məsxərə obyekti olub. PKK terror təşkilatının siyasi cənahı Xalqın Demokratiya Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş sosial şəbəkədə hər kəsi siqaret çəkməyə dəvət edib:"Bir az siqaret çəkin gənclər. Özünüzə diqqət edin. (Bu twiti öz əllərimlə yazdığım üçün önəmli bir twitdir)".
Hər zaman PKK terror təşkilatının himayəsilə fəaliyyət göstərən və bu mərtəbəyə-millət vəkili, parrtiya rəhbəri-qalxan Səlahəddin Dəmirtaşdan zatən bunu gözləmək olardı. Gənclərin beyinlərini öz siyasi fikirləriylə zəhərləyən və onların silahlanıb Türkiyədə dinc insanları qətlə yetirməyə təşviqdə bulunan HDP həmsədri indi də gənclərə çağırış edir ki, siqaretin tüstüsüylə sağlamlığınızı zəhərləyin. Burda adamın lap deməyi gəlir-olmaz olsun, sənin kimi partiya rəhbəri və siyasətçi...