Qazaxıstanda sutkalıq yoluxma sayında REKORD Dünya

Qazaxıstanda sutkalıq yoluxma sayında REKORD

Qazaxıstanda son sutka ərzində koronavirusa yoluxanların sayı 3695 nəfərə çatıb.

Bu barədə “Sputnik Qazaxıstan” məlumat yayıb.

Bildirilib ki, bu, pandemiyanın başlanmasından bəri ölkədə qeydə alınan ən yüksək sutkalıq göstəricidir. Öncəki rekord da, bugünlərdə, daha dəqiq desək iyulun 9-da qeydə alınmışdı.

Hazırda Qazaxıstanda 9619 COVID xəstəsinin müalicə aldığı, onlardan 795 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.