Partiyalar bağlanır? Dünya

Partiyalar bağlanır?

Türkiyə kəşfiyyatı gizli olaraq ölkədə əsas müxalifət partiyaların bağlanması üzrə xüsusi əməliyyat planı hazırlayır. Bu barədə Cünhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu CNN TURK telekanalına müsahibəsində bildirib. O, hazırlanan əməliyyatın detalları barədə daha sonra məlumat verəcəyini söyləyib.
Siyasətçi hakim partiyanın Xalqların Demokratik Partiyasının (XDP) arasında danışıqları sərt tənqid edib və söyləyib ki, bu, hökumətin seçkiqabağı manipulyasiyasıdır və ölkədə gərginliyə yol açır.
K.Kılıçdaroğlu "etibarsızlıqla tikilmiş prosesin" arzu olunan nəticə gətirməyəcəyini vurğulayıb.
Bəzi ekspertlərin fikrincə, müxalifət partiyalarının bağlanması məsələsi ölkədə qarşıdurmanı daha da böyüdür. AKP və XDP iyunun 7-nə nəzərdə tutulmuş parlament seçkiləri ərəfəsində taktiki addım ataraq ittifaq yaradıb kürdlərin elektoratını almaq istəyir.