Dövlət Komissiyası: Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 675 xəstə müalicə alır
Yeni tədris ilində Azərbaycanda 2,2 milyon nəfər təhsil alacaq
Azərbaycanda səkkiz ayda 208 milyon milyon manatlıq narkotik maddə dövriyyədən çıxarılıb
TikTok Azərbaycanda süni intellektlə bağlı maarifləndirici təşəbbüsə başlayır
10 Avqust 2021 08:59
3 717
Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətinin inzibati mərkəzi Kvetta şəhərində mağazada əl qumbarası partladılıb.
TASS agentliyinin verdiyi məlumata görə, partlayış nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Yaralıların hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Məlumata əsasən, mağazada 14 avqustda keçiriləcək ölkənin Müstəqillik günü bayramınahazırlıq çərçivəsində dövlət bayraqları və digər simvollar satılıb. Qeyd edilir ki, bu, son iki gündə şəhərdə milli bayraqların satışı ilə məşğul olanlara edilən ikinci hücumdur.