12 Avqust 2021 13:49
4 361
Ermənistan Prezidenti Armen Sarkisyan ölkəsinin İsraildəki səfiri Armen Smbatyanın geri çağırılması ilə bağlı sərəncam imzalayıb.
"Xalq Cəbhəsi" Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu il aprel ayında Armen Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.
Məlumata görə, o, Ermənistanın keçmiş mədəniyyət və gənclər naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməklə çirkli pulların yuyulmasında ittiham olunur.
Səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.
Cavid
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA