Şərurda ötən ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Rəsmi Bakı Venesuelada sülh və sabitliyin bərqərar olacağına ümid edir
Ceyhun Bayramov Venesuela XİN rəhbəri ilə Karakasdakı son hadisələri müzakirə edib
Rusiya XİN İranın daxili siyasətinə xarici müdaxiləni pisləyir
28 Sentyabr 2021 12:07
3 521
ABŞ-ın xarici siyasətinə nəzarət edən respublikaçı millət vəkilləri Co Bayden administrasiyasından Rusiyanın Orta Asiyadakı hərbi bazalarından istifadə planları ilə bağlı izahat tələb ediblər.
“Xalq Cəbhəsi” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məktub müəlliflərindən biri senator Cim İnhofun mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl “Wall Street Journal” mənbələrə istinadən bu mövzunun ABŞ Silahlı Qüvvələri Baş Qərargah rəisi general Mark Milli ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov arasındakı görüşdə qaldırıldığını yazıb. Nəşrin yazdığına görə, eyni zamanda Gerasimov heç bir vəd verməyib.
Amerika liderinə məktub Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Maykl Makkol və Mayk Rogers, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Cim Riş və Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü Cim Inhok tərəfindən yazılıb.
Onlar Ağ Evin Rusiya bazalarına çıxışını və terrorla mübarizədə Rusiya ilə hərbi əməkdaşlıq ehtimalını müzakirə etməsindən dərin narahatlıqlarını ifadə ediblər.
Qanunvericilərə görə, Moskva ilə əməkdaşlıq ABŞ-ın terrorizmlə mübarizə məqsədlərinə çatmağa kömək etməyəcək və Rusiya ilə "sabit və proqnozlaşdırıla bilən" münasibətlərə yol açmayacaq.
Cavid