Erməni deputatlar arasında mübahisə düşüb Dünya

Erməni deputatlar arasında mübahisə düşüb

“Mənim namusum” blokunun deputatı Taquhi Tovmasyan Milli Məclisdə çıxışı zamanı “Mülki Müqavilə”dən olan həmkarına koronavirusla mübarizədə etdiyi səhvləri xatırladıb.
“Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı Torosyan Tovmasyanın təklif etdiyi layihənin populist olduğunu bildirib. Tovmasyan onu yalan danışmamağa çağırıb. Torosyan buna cavab olaraq həmkarına yalan danışmazdan əvvəl güzgüdə özünə baxmağı tövsiyə edib.
"Koronavirusun pik dövründə, istehza ilə deyirdilər ki, "koronavirus o qədər də təhlükəli virus deyil. Bu səbəbdən bu gün bizdə 7669 ölüm var", - Tovmasyan bildirib.
Onun sözlərinə görə, Torosyanın nazir postunda olduğu dövrdə ümumiləşdirilmiş ölüm halları ilə bağlı məlumatlar Milli Statistika Xidmətinin məlumatları ilə uyğun gəlmir.
O, əlavə edib ki, prokurorluq koronavirusdan ölümlə bağlı məlumatların uyğunsuzluğunu yoxlayacaq və bunun Torosyan üçün hansı hüquqi nəticələrə səbəb olacağını öyrənəcək.

Cavid