«DXR» Donbasa Polşadan muzdluların gəldiyini açıqlayıb Dünya

«DXR» Donbasa Polşadan muzdluların gəldiyini açıqlayıb

«Donetsk Xalq Respublikası»nın Xalq Milis İdarəsi Kiyevin nəzarətində olan Donbas ərazisinə Polşadan muzdluların gəldiyini açıqlayıb. "Xalq Milislərinin kəşfiyyatı Ukrayna silahlı qüvvələrinin birləşmiş qüvvələrinin əməliyyatı zonasına polşalı muzdluların gəlməsi barədə məlumat alıb", - departamentin nümayəndəsi jurnalistlərə bildirib.O izah edib ki, Popasnaya qəsəbəsi ərazisində qarışıq taktiki geyimdə 20 nəfərə qədər olan iki silahlı dəstənin olması qeyd edilib. "Əlavə kəşfiyyat zamanı müəyyən edilib ki, həmin şəxslər polyak dilini bilirlər və 24-cü mexanikləşdirilmiş briqadanın məsuliyyət zonasına aid tapşırıqları yerinə yetirmək üçün gəliblər. Onların vəzifəsi Ukrayna xüsusi təyinatlılarının bölmələri ilə birgə əməliyyat keçirməkdirr”, - «DXR» Xalq Milislərinin nümayəndəsi bildirib.
Cavid