13 Noyabr 12:41
13 Noyabr 11:56
14 Fevral 2022 08:35
2 919
Boliviyanın cənubundakı Çukizaka departamentində bazar günü səhər tezdən avtobusun dərəyə aşması nəticəsində azı 4 nəfər ölüb, 22 nəfər yaralanıb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə yerli qurumlar məlumat yayıb.
Departament prokuroru Maurisio Nava yerli mediaya bildirib ki, Monteaqudo şəhərində baş verən qəzaya sürət həddinin aşılması səbəb olub.
İlkin məlumata görə, avtomobil Sukre-Monteaqudo marşrutu ilə hərəkət edərkən aşırıma qalxarkən dərəyə aşıb.
Nava bildirib ki, yaralılara kömək etmək üçün hadisə yerinə polis və İctimai İşlər Nazirliyinin əməkdaşları cəlb edilib.
13 Noyabr 22:32
1 008
13 Noyabr 22:31
910
13 Noyabr 21:27
1 113