18 Mart 23:40
18 Mart 23:36
21 Fevral 2022 08:33
3 003
ABŞ Prezidenti Cozef Bayden Ukraynadakı vəziyyəti Ağ Evin Milli Təhlükəsizlik Şurasının üzvləri ilə müzakirə edib.
Bu barədə Ağ Evin mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, C.Bayden Rusiya qüvvələrinin Ukrayna sərhədində toplanması ilə bağlı son hadisələri müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.
İclasın keçirilmə planlarını şənbə günü Ağ Evin mətbuat katibi Cen Psaki açıqlamışdı. O, bildirmişdi ki, C.Bayden Ukraynada dəyişən vəziyyəti izləməyə davam edir və onun milli təhlükəsizlik üzrə komandası ona son hadisələr haqqında mütəmadi olaraq hesabat verir.
08:36
427
08:30
469
18 Mart 23:45
1 197