Azərbaycan Türkiyədən döyüş vertolyotları alır Hadisə

Azərbaycan Türkiyədən döyüş vertolyotları alır

Azərbaycan Türkiyənin TAİ şirkətindən (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti) 60"T-129 ATAK" döyüş helikopteri alır. Sövdələşmənin ümumi dəyəri 3 milyard dollardır.
Türkiyə 2013-cü ildə əldə edilmiş razılaşmaya əsasən, TAİ 3 milyard dollarlıq 60 ədəd ATAK vertolyotu ixrac edəcək. Bundan əvvəl TAİ-nin Azərbaycan ordusu üçün nəzərdə tutulan helikopterlərin seriya istehsalına 2013-cü ildə başlayacağını açıqlanmışdı.
"T-129 ATAK" helikopterlərinə maraq göstərən ilk xarici ölkə Azərbaycandır. Azərbaycandan başqa Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Pakistan və İordaniya da TAİ-dən bu helikopterlərin alınmasına dair danışıqlar aparır.
Azərbaycanın silahlanmasında olan döyüş helikopterləri Rusiya istehsalıdır, Mi-8, Mi-24, Mi-35 tiplidir. Azərbaycan bu yaxınlarda Rusiyadan Mi-35M vertolyotlarının böyük partiyasını alaraq öz hərbi-hava qüvvələrinin imkanlarını xeyli gücləndirib. Vertolyotlar Türkiyənin TUSAŞ (Türkiyənin Aviasiya və Kosmik Sənaye şirkəti - TAİ) və ASELSAN şirkətləri ilə İtaliyanın "Agusta Westland" şirkəti ilə birgə istehsal olunur.
"T-129 ATAK" döyüş vertolyotları İtaliyanın "Agusta Westland" şirkəti ilə birgə istehsal olunur. O, "A-129 Mangusta" döyüş vertolyotlarının prototipidir. Vertolyotların Türkiyədə istehsalına dair razılaşma 2007-ci ildə əldə olunub.
Helikopterlərin ilk sınaq uçuşları 2011-ci ildə keçirilib. Vertolyotların hissələrindən təxminən 6200-i Türkiyədə istehsal olunur. O cümlədən döyüş maşınlarının elektron sistemlərini ASELSAN təmin edir. Qanadlarının altında Türkiyənin "Roketsan" şirkətinin istehsalı olan 76 "hava-yer" tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 km məsafə uça bilir. Kreyser sürəti saatda 288 kilometrdir. Vertolyotun silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 mm-lik avtomatik top da daxildir. Vertolyotun seriya istehsalına ötən il başlanılıb və 2018-ci ilə qədər Türkiyə silahlı qüvvələrinə 50 belə vertolyot təhvil verilməlidir.