Misir Səudiyyə Ərəbistanına hərbi yardım göstərdiyini təsdiqləyib
Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
Hulusi Kılıç: Türkiyə ilə Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır
Arzu Nağıyev: “Azərbaycanın müdafiə və təhlükəsizlik xərcləri 8,8 milyard manatı ötəcək”
12:41
175
Misir "Ənsar Allah" (husilər) hərəkatına qarşı mübarizə aparmaq üçün Səudiyyə Ərəbistanına artıq hərbi yardım göndərib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə günü Misirin Xarici İşlər naziri Bədr Əbdülatı bəyan edib.
"Biz Səudiyyə Ərəbistanındakı bacı və qardaşlarımızın xahişi ilə artıq hərbi iştirakımızı təşkil etmişik və onu artırırıq", - deyə "The National" nəşri onun sözlərini sitat gətirir.
Nazir krallıq ərazisində olan əsgərlərin sayını və silah növlərini dəqiqləşdirməyib.
"The National" nəşrinin mənbələrinin bildirdiyinə görə, Misir "yüzlərlə hərbçi" ilə yanaşı, zirehli texnika, zenit batareyaları və "yer-yer" tipli raketlər göndərib.
Nəşrin həmsöhbətlərinin iddiasına görə, zenit batareyalarının tərkibinə alçaqdan uçan raketləri və dronları dəf etmək üçün nəzərdə tutulmuş kiçik və orta mənzilli HHM kompleksi olan "Amun" sistemi də daxil edilib.
Mənbələrdən biri əlavə edib ki, Səudiyyə Ərəbistanına göstərilən hərbi dəstəyin məqsədi "Ənsar Allah" mövqələrinə zərbələr endirmək deyil, krallığın ərazisini qorumaqdır. Bununla belə, həmsöhbət hücum olacağı təqdirdə Qahirənin "özünü müdafiə etmək hüququna malik olduğunu" vurğulayıb.
Məryəm Quliyeva