“Baş verənlər Azərbaycanda dini maarifləndirməyə ehtiyac olduğunu bir daha göstərdi” Hadisə

“Baş verənlər Azərbaycanda dini maarifləndirməyə ehtiyac olduğunu bir daha göstərdi”

Qulu Məhərrəmli: "Dini verlişlər dinin elmi cəhətdən təbliğində, maarifləndirmədə kifayət etmir"

Son günlər baş verən hadisələr Azərbaycanda dini maarifləndirməyə ehtiyac olduğunu bir daha göstərdi. Baxmayaraq ki, televiziya kanallarında dini verlişlər var, amma bunlar dinin elmi cəhətdən təbliğində, maarifləndirmədə kifayət etmir. Belə olan halda isə müxtəlif qruplar dindən sui-istifadə etməyə cəhd göstərir. Tanınmış telejurnalist Qulu Məhərrəmli də Azərbaycan televiziyalarında, mətbuatında dini mövzuların işıqlandırılmasının çox parlaq ənənəsinin olmadığını deyib. Onun sözlərinə görə, Azərbaycanda bu mövzu adətən son illərdə yalnız cümə axşamları AzTV efirində Vasif Məmmədəliyevin çıxışı ilə assosasiya olunur və insanlara elə gəlir ki, din haqqında yalnız cümə axşamları danışmaq olar. Q.Məhərrəmli hesab dir ki, bu çox zərərli yanaşmadır: "Ona görə ki, islam dini dünyada çoxsaylı insanların mənsub olduqları bir dindir. İkncisi, bu böyük bir ideologiyadlr, həyat tərzidir, düşüncə tərzidir. Ona görə də davamlı, sistemli və ağıllı şəkildə təbliğ olunmalıdır. Təəssüf ki, biz bunu qeyd etdiyimiz şəkildə görmürük. Orta məktəblərdə din dərsləri keçməyə başlamışdılar, mən buna çox müsbət yanaşırdım. Çünki uşaqlar hələ orta məktəbdən qavramalıdırlar, onlar islam dinin də, xristianlığı da bilməlidirlər, dünyəvi dinlərin hamısısnı bilməldiirlər. Ümumiyyətlə, dinlə bağlı mənzərə haqqında dolğun təsəvvür olmalıdır. Təəssüf ki, bu da yarımçıq qaldı, sanki dinin təbliğinə qorxulu bur hal kimi baxırlar. Düşünürəm ki, bu, yanlış yanaşmadır". Ekspert Nardaran hadisələri fonunda qeyd edib ki, hər yerdə Azərbaycanın qanunları hökm sürməlidir. Birmənalı şəkildə Azərbaycanın dövlət atributları qəbul olunmalıdır: "Amma bununla yanaşı biz dinin çox səmimi və əlverişli təbliğat formalarını tapmalıyıq ki, insanlar mənsub olduqları dinin qaydalarını bilsinlər. Bunun üçün də ilahiyyat alimlərinə, mütəxəsislərə, dini yaxşı bilən insanlara meydan verilmədir. Amma Nardaran hadisələri ilə bağlı kimlər çıxış etdi? Daha çox siyasi yükü olan adamlar, millət vəkilləri, vəzifəli şəxslər, məmurlar və s. Bunların din haqqında danışmağı səmimi deyil. Çünki onlar danışanda din daha çox təbliğati çalarda görünür, iseoloji planda görünür. Yəni sanki bir az da dinə qarşı çıxış edirlərmiş kimi görünür". Q.Məhərrəmli əlavə edib ki, bir vaxtlar AzTV-də jurnalist Solmaz Əmirlinin "İslam olduğu kimi" çox gözəl verilişi yayımlanırdı: "Bir qədər diskussiya formasında idi, mütəxəsislər iştirak edirdilər, müxtəlif suallar olurdu, sonra o verliş bağlandı. Amma bu tip verlişlərə ehtiyac var, çünki dinlə bağlı yaranan suallara elmi cavab almayanda bəzi insanlarda yalançı biliklər formalaşır, illuziyalar yaranır, biz az möhvumata keçir, bir az fanatizm çalarları qatılır. Belə olanda əlbəttə, insanlar din haqqında doğru dürüst məlumat əldə edə bilmirlər. Arzu edərdim ki, televiziyalar, qəzetlər, radiolar bu istiqamətdə məşğul olsunlar. Faktiki oaraq bizdə dinin biliciləri mahiyyəti etibarilə yeni təhsilli insanlar görünür ortada. Azərbaycan Bakı Dövlət Univerdsitetində ilahiyyat fakültəsi var, hər il onlarla mütəxəssis yetişir. Bəs bunlar dinin təbliği ilə məşğul olmayıb, nə ilə məşğuı olmalıdırlar. Yəni islam dinin dəyərlərini, qaydalarını prinsiplərini insanlara aşılamalıdırlar. Dinlə bağlı biliklərimiz olanda biz dini daha gözəl dərk edirik, din xadimlərini tanıyırıq. Belə olanda savadsız, siyasi cəhətdən kimliyi bilinməyən adamların meydan sulamasına ehtiyac qalmır. Bu məsələdə Qafqaz Müsəlmanları İdarəsinin müəyyən rolu var, amma görünür ki, bunu bir az fəallaşdırmaq lazımdır. Başa düşürəm ki, onların özündən asılı olmayan məsələlər var, baxın strukturda elmi şura var, bu o deməkdir ki, dinin elmi əsaslarla təbliği haqqında düşünənlər var. Meydan onlara verilməli və onlar islam dinini təbliğ etməlidirlər. Biz dinimizi öyrənməli, sevməli və ona kənar xətərlərin toxunmasına, dindən möhvumat kimi fanatiklərin sui istifədəsinə yol verilməməlidir".