Parisdə Azərbaycan jurnalistləri barədə hesabat dinləniləcək Hadisə

Parisdə Azərbaycan jurnalistləri barədə hesabat dinləniləcək

05-06 may tarixində Parisdə, UNESCO-nun Baş Qərargahında "3 May-Dünya Mətbuat Azadlığı Günü" münasibətilə beynəlxalq konfrans keçiriləcək. Konfransın ümumi mövzusu "Daha yaxşı gələcək naminə media azadlığı: 2015-ci ilədək olan inkişaf gündəliyinin formalaşdırılması"dır. Konfrans, "2015-ci ilədək olan inkişaf gündəliyinin formalaşdırılması"; "Jurnalistlərin təhlükəsizliyi və cəzasızlığa qarşı mübarizə qanunlarının təkmilləşdirilməsi"; "Media: azadlıq və inkişaf" kimi 3 paneldən ibarət olacaq.
Konfransda, UNESCO başda olmaqla, aidiyyatı üzrə beynəlxalq təşkilatların rəhbərləri çıxış edərək söz və ifadə azadlığının qlobal durumu ilə bağlı müzakirələr aparacaqlar. Həmçinin, ayrı-ayrı ölkələrdən dəvət edilən jurnalist təşkilatlarının təmsilçilərinin hesabatları dinləniləcək.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, rəhbərlik etdiyi qurum Forumun "Jurnalistlərin təhlükəsizliyi və cəzasızlığa qarşı mübarizə qanunlarının təkmilləşdirilməsi" panelində iştirak üçün dəvət alıb. JuHİ sədri toplantıya qatılacaqlarını və Azərbaycan jurnalistlərinin mövcud durumu barədə dolğun informasiya verəcəklərini bildirib.