Azərbaycanlı uşaq Almaniya çempionu oldu Hadisə

Azərbaycanlı uşaq Almaniya çempionu oldu

Almaniyanın Olsberq şəhərində cüdo üzrə klublararası çempionat keçirilib. Yarışda Almaniyada yaşayan həmvətənimiz – İbişov Ruslan Samir oğlu da iştirak edib. 60 kq çəkidə yarışan 14 yaşlı Ruslan İbişov bütün rəqiblərini məğlub edərək Almaniya çempionu adına layiq görülüb. Həvətənimiz finaldakı rəqibini 10 saniyədə məğlub edib. Turnir boyu bütün döyüşlərini isə 1 dəqiqə 30 saniyədə başa vurub. Bu nəticə ilə Berlin klubunun məşqçisinin də diqqətini cəlb edən həmvətənimiz gələn ilin fevralında Frankfurtda keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.