Mətbuat Şurası üç KİV-in üzərindən xəbərdarlığı götürüb Hadisə

Mətbuat Şurası üç KİV-in üzərindən xəbərdarlığı götürüb

Dünən Mətbuat Şurasının Apellyasiya Qrupunun iclası keçirilib.
Şuradan APA-ya verilən məlumata görə, Qrupun rəhbəri, MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qrup üzərində Şuranın xəbərdarlıq qərarı olan 3 kütləvi informasiya vasitəsi ilə bağlı məsələləri müzakirə ediləcək.

Bunlar "Azpolitika.info" və "Rubrika.az" saytları və "Hürriyyət" qəzetidir. İclasda məlumat verilib ki, xəbərdarlıq qərarının çıxarılmasından sonrakı müddətdə bu KİV-lə əlaqədar Mətbuat Şurasına hər hansı şikayət məktubu daxil olmayıb.
Bu cəhət nəzərə alınaraq "Azpolitika.info", "Rubrika.az" saytları və "Hürriyyət" qəzeti ilə bağlı çıxarılmış qərarlardakı xəbərdarlıqların onlar üzərindən götürülməsinə dair rəyə gəlinib.