Kanal 78 cəbhə bölgəsində çəkilişlər aparıb Hadisə

Kanal 78 cəbhə bölgəsində çəkilişlər aparıb

Ermənistanın vandalizm aktları barədə süjetlər Türkiyə ictimaiyyətinə təqdim olunacaq

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəvəti ilə Azərbaycana səfər edən qardaş Türkiyənin Kanal 78 televiziyasının rəhbəri Şükrü Gökqaya və yaradıcı heyət millət vəkili Qənirə Paşayeva ilə görüşüblər.
Q.Paşayeva görüş zamanı Azərbaycan tarixi, mədəniyyəti, həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi soyqırımlar, vandalizm aktları, tarixi-mədəni, dini abilədələri məhv etmələri, Xocalı soyqırımı, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönə bilməməsi, son vəziyyətlə bağlı məlumatlar verib və sualları cavablandırıb. Millət vəkili Qənirə Paşayeva Azərbaycanın tarixi, mədəniyyəti, görməli yerləri, tarixi-mədəni abidələri, bugünü ilə bağlı daha çox proqram və sənədli filmlərin hazırlanaraq qardaş Türkiyə televiziyalarında nümayiş olunmasının vacibliyini bildirib və Kanal 78 hər zaman Azərbaycan məsələsində duyarlı mövqeyinə görə təşəkkür edib.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə Azərbaycanın 10-a yaxın bölgəsində apardıqları maraqlı çəkilişlərin Türkiyə tamaşaçılarında Azərbaycanı görməyə böyük maraq doğuracağına əmin olduğunu deyən Şükrü Gökqaya və çəkiliş qrupu Tovuz rayonu istiqamətində Ermənistanla ön cəbhəyə də səfər ediblər. Burada Ermənistanın vandalizm aktları, hətta atəşkəs dövründə belə mülkü insanlara qarşı əl atdıqları qeyri-insanı əməllər barədə də məlumatlar verilib.