FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində tədbir keçirib Hadisə

FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarət Xidməti (DYNX) Bakı Beynəlxalq Avtovağzal Kompleksində yanğınsöndürmə topunun təqdimatı keçirilib.
Xidmətdən APA-ya verilən məlumata görə, yanğına qarşı təbliğat xarakterli növbəti tədbirdə hotel, ticarət, ictimai iaşə müəssisələrində yanğın təhlükəsizliyinin qaydalarının tələbləri haqqında ətraflı söhbət açılıb. Tədbir iştirakçılarına yanğın təhlükəsizliyi tədbirləri planının işlənib hazırlanması və onların yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, yanğın hadisəsi baş verdikdə işçilərin, əmlakın təhlükəsiz təxliyəsinin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını təmin edən şəraitin yaradılması, yanğının tez ləğv olunmasını təmin edən yanğınsöndürmə vasitələrinin daim hazır vəziyyətdə olması, həmçinin ilkin yanğınsöndürmə vasitələrinin tətbiqi ilə əlaqədar tövsiyələr verilib, tədbir iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılıb.
Tədbirdə yanğınsöndürmədə yeni texnologiya olan Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri, istifadə qaydası haqqında məlumat verilib.
Tədbirin sonunda DYNX tərəfindən nəşr etdirilmiş yanğına qarşı təbliğat xarakterli yaddaş kitabçaları yanğın təhlükəsizliyi bilgilərinin təbliğ olunması üçün metodik vəsait kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mülki müdafiə işləri üzrə məsul əməkdaşı Arif Ələkbərova təqdim olunub.