Jurnalistlər üçün yeni müsabiqə Hadisə

Jurnalistlər üçün yeni müsabiqə

Azərbaycan Mətbuat Şurası və "SOCAR-AQŞ" MMC (İnteqrə Olunmuş Qazma və Quyu Xidmətləri Müəssisəsi) ilə birlikdə "Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi keçirir. Müsabiqə 2014-cü il- "Sənaye İli" çərçivəsində Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyinə həsr olunur.

I. Müsabiqənin istiqamətləri

Müsabiqəyə təqdim olunacaq yazılar üçün aşağıdakı 3 istiqamət müəyyənləşdirilib;

1. Heydər Əliyev- Milli Neft Strategiyasının Banisi;
2. Prezident İlham Əliyevin Azərbaycan sənayesinin modernləşdirilməsi siyasəti;
3. Əsrin Müqaviləsi: Azərbaycanda sənayenin inkişafında yeni mərhələnin başlanğıcı;

II. Mükafatlandırma

Qaliblər yuxarıda qeyd edilən üç istiqamətin hər biri üzrə ayrı-ayrılıqda mükafatlandırılacaqlar. Ümumən müsabiqədə
3 birinci, 3 ikinci, 3 üçüncü - yer nəzərdə tutulur.

I yer - 1000 manat;
II yer - 700 manat;
III yer - 500 manat.

Həvəsləndirici mükafat - 9 nəfər - 200 manat

Müsabiqədə yer tutacaq şəxslərin adları 20 sentyabr - Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi ərəfəsində açıqlanacaq.
Müsabiqəyə 2014-cü ilin avqust ayının 11-dən sentyabr ayının 10-dək müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur;
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda "Azərbaycan Mətbuat Şurası və SOCAR-AQŞ-nin "Əsrin Müqaviləsi- Ölkəmizin Davamlı Sənaye İnkişafının Təməli" mövzusundakı müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.
Müsabiqə üçün yazılar avqust ayının 11-dən senyabr ayının 10-dək həftənin iş günləri saat 11.00-dan 16.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı - Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.
Təqdimat prosesində müsabiqə qaydalarının hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və material qəbul edilməyəcək.