Çexiya şirkəti Qarabağda layihə həyata keçirəcək Hadisə

Çexiya şirkəti Qarabağda layihə həyata keçirəcək

Çexiya şirkəti Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ərazisində kənd təsərrüfatı ilə bağlı layihə həyata keçirəcək.
APA-nın "Armenpress"ə istinadən verdiyi xəbərə görə, Çexiyaya məxsus "Genoservice" şirkətinin nümayəndələri "Dağlıq Qarabağ Kənd Təsərrüfatına Dəstək Fondu"nun rəhbəri Aşot Baxışyanla görüşərək, Talış kəndində heyvandarlıq kompleksinin tikintisi ilə bağlı məsələni müzakirə ediblər.
Həyata keçiriləcək layihənin ilkin mərhələsində 400 baş mal-qaradan ibarət təsərrüfat kompleksi yaradılacaq. Daha sonra bu kompleksin genişləndirilməsi və süd istehsalı ilə məşğul olan zavodun tikintisi nəzərdə tutulur.
Şirkət nümayəndələri qondarma "Dağlıq Qarabağ Respublikası"nın baş naziri Ara Harutyunyanla da görüşərək, əməkdaşlığın gələcəkdə genişləndirilməsi və bu sahədə mümkün imkanları müzakirə ediblər.