Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
Rusiyanın dron hücumu Ruminiyada bütün kəndin təxliyəsinə səbəb olub
Kiberpolis sosial şəbəkələrdə dələduzluq edərək yüzlərlə şəxsi aldadan 4 nəfəri saxlayıb
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb
20 Dekabr 2019 16:58
1 568
Paytaxt məktəbliləri “Olimpiya Hərəkatı-2019” (Olympic Moves-2019) proqramı çərçivəsində keçirilən Bakı birinciliyinin final mərhələsində uğurla çıxış ediblər. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, final mərhələsinin nəticələrinə əsasən, “Olimpiya Hərəkatı-2019” proqramının üçüncü mövsümünün I, II və III yerlərini müvafiq olaraq velosiped yarışı üzrə 308, 29, 111 nömrəli tam orta məktəblərin, badminton üzrə 286, 260, 276 nömrəli tam orta məktəblərin, həndbol üzrə isə 183, 12 və 80 nömrəli tam orta məktəblərin komandaları tutub. Qalib məktəb komandaları təşkilatçı qurumların kubok, diplom, medal və qiymətli hədiyyələri ilə mükafatlandırılıb.
Qeyd edək ki, noyabr ayından start götürən proqram idmanın badminton, həndbol və velosiped yarışlarını əhatə edib. Məktəbdaxili yarışlarda paytaxtın 291 məktəbi üzrə ümumilikdə 13 mindən çox şagirdi iştirak edib. Final mərhələsində hər rayondan müvafiq idman növləri üzrə birinci yeri tutan komandalar mübarizə aparıb. “Olimpiya Hərəkatı-2019” idman proqramı Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.